Moskvada cinayət aləmində ən yüksək vəzifə tutmaqda və qanunsuz narkotik saxlamaqda təqsirləndirilən "Lexa Semipalatinskiy" ləqəbli 50 yaşlı "qanuni oğru" Aytkali Maymuşev saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
1997-ci ildən qeyri-rəsmi qanuni oğru statusuna malik olan Maymuşev kriminal mühitdə qəbul edilmiş adət-ənənələrə və qaydalara uyğun olaraq, kriminal subkulturaya dəstək verib, “oğru ideyalarını” təbliğ edib.
Seymur Əli