Fransa polisi Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyası zamanı 27 nəfəri həbs edib.

"Unikal"  xəbər verir ki,  Parisdəki nümayişlərdə təxminən bir neçə on minlərlə insan iştirak edir. Nümayiş başlayandan dərhal sonra Qara Alyansın radikalları polisə fişənglər və şüşə butulkalar atmağa başlayıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazla cavab verib. Barrikadalar qurub, yolları bağlayıblar.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlərdə ölkə üzrə 740 min, Parisdə 93 min nəfər iştirak edib.

 

***07:57

Fransada pensiya sistemində islahatlara qarşı etirazlar davam edir.

"Unikal" AP-yə istinadən xəbər verir ki, bu gün on minlərlə insan növbəti dəfə paytaxt Parisin, eləcə də bir sıra iri şəhərlərin küçələrinə çıxaraq hökumətin pensiya yaşının artırılması ilə bağlı qərarının ləğvini tələb edib.

Bundan əlavə, Nant şəhərində toqquşmalar baş verib, etirazçılar Parisdə dəmiryol xətlərini bağlayıblar.

Ağarza Elçinoğlu