Göygöldə 35 yaşlı kişini bıçaq xəsarəti almasının təfərrüatları məlum olub.

"Unikal"ın məlumatına görə, bıçaq xəsarəti alan Elçin Süleymanovu qeyri-rəsmi yaşadığı həyat yoldaşı 1991-ci il təvəllüdlü Dürdanə Əliyevana ilə aralarında mübahisə düşüb. Bu zaman qadın kişiyə bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırma aparılır.

***

Göygöl sakini bıçaq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, rayon sakini 1988-ci il təvəllüdlü Elçin Süleymanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 35 yaşlı kişi özü özünə bıçaq xəsarət yetirib.

Onun hansı səbəbdən bu addımı atması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov