Gürcüstanın bir sıra qərb bölgələrində qasırğa fəsadlara səbəb olub.

"Unikal" xəbər verir ki, Acarıstan Muxtar Respublikasının Batumi, Ozurgeti, Kabuleti və digər bölgələrində güclü külək nəticəsində evlərin və binaların dam örtüyünə ziyan dəyib.  Təbii fəlakət elektrik xətlərini sıradan çıxarıb.  Kobuleti rayonunda minik maşınının üzərinə ağacın aşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib.

Çakvi kəndində külək fərdi evi dağıdıb, xilasedicilər iki qocanı dağıntılar altından çıxara biliblər. 80 yaşlı qadın xəstəxanaya yerləşdirilib.