Şotlandiyanın ilk müsəlman baş naziri olan Həmzə Yusuf  baş nazirin rəsmi iqamətgahında ailəsi ilə birlikdə namaz qılıb. 

"Unikal" xəbər verir  ki, H. Yusuf bu barədə sosial media hesabında paylaşım edib. 

"Ailəm və mən  parlament səsverməsindən sonra ilk gecəmizi Bute House-da keçirdik", - deyə o qeyd edib.

Yusuf başqa bir yazısında İngiltərə baş naziri Rişi Sunak ilə görüşdüyünü bildirib. 

Gülayə Mecid