Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, ilk nüvə yanacağının aprelin 27-də Akkuyuya çatacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, nazir Dönmez Twitter hesabında etdiyi paylaşımda, "Akkuyuda sona yaxınlaşırıq. İlk nüvə yanacağımız 27 apreldə obyektimizə gəlir. Beləliklə, Akkuyu nüvə obyekti statusunu qazanacaq" deyə nazir bildirib.