Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri və yeni meşə əkinləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, eləcə də Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Qəbələ, İsmayıllı və Qobustan rayonlarında keçirilib, meşə fondu torpaqlarında 5300 ədəd müxtəlif növ ağac tingi əkilib.
"Unikal" xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, meşəbərpa tədbirləri və meşə əkinləri, eyni zamanda, Zaqatala, Şəki, Şamaxı və Tovuz rayonlarının meşə fondu torpaqlarında da aparılıb. Gün ərzində meşə fondu torpaqlarında, ümumilikdə 18 130 ədəd müxtəlif növ ağac tingi əkilib.