Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.
Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.