Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəkinin vəziyyəti günbəgün daha da yaxşılaşır.
"Unikal" xəbər verir ki, bu barədə Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev “MTV xəbər”ə açıqlamasında bildirib.
"Mehriban xanımla hər gün danışırıq, yanına gedirik. Şükür, vəziyyəti yavaş-yavaş yaxşılaşır. Hələ ki xəstəxanada müalicə alır. Tam sağalana kimi orada qalacaq. Dilarə ilə də danışırlar. Bir-birlərinə dəstək olurlar. Mehriban xanım güclü qadındır. İnanıram ki, o da özünə mənəvi cəhətdən toxtaqlıq verəcək. Təbii ki, əsas sağlamlığıdır. O da düzələcək".
Qeyd ki, martın 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. QəzadaO.Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.