Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb.

"Unikal" xəbər verir ki, izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Məlumata görə, şəhərin Site adlanan bölgəsində yerləşən fabrikin rəhbərliyi işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.

Qida məhsullarının paylanması zamanı təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdiham yaşanıb, nəticədə 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər ölüb.