İranın cənubundakı Hörmüzqan əyalətinin Parsiyan şəhərində 5 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə İran Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, episentri Hörmüzqan əyalətinin Parsiyan şəhərində olan 5 bal gücündə zəlzələ yerli vaxtla saat 19.27-də qeydə alınıb.

Fars körfəzindəki Kiş adasını, eləcə də Parsiyanı silkələyən zəlzələ 11 kilometr dərinlikdə baş verib.