“Formula-1” üzrə dünya çempionatında mövsümün üçüncü yarışının qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, Avstraliyada keçirilən Qran-prini “Red Bull” pilotu Maks Ferstappen qazanıb.

“Mercedes” komandasında çıxış edən Lüis Hemilton ikinci, “Aston Martin”dən Fernando Alonso üçüncü yeri tutub.
Səkkiz sürücü sonadək mübarizə apara bilməyib.

Qeyd edək ki, mövsümün dördüncü yarışı Bakıda gerçəkləşəcək. Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.