Aprelin 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində bir qadının içərisində pulu olan cüzdanının və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Qurbanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.