“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti “Bazel”in baş məşqçisi postuna namizədlərdən biridir.

"Unikal" xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, D.Ançelotti məşqçilik karyerasına başlamaq qərarına gəlib və müntəzəm olaraq UEFA Çempionlar Liqasında çıxış edən İsveçrə klubunu çalışdırmaq niyyətindədir.