Daşkəsəndə ər və arvadı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Xəbərə görə, qətli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Daşkəsən rayonu Mədənçilər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.
xxx
18:18
Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.