Cari mövsüm "Qalatasaray"dakı performansı ilə yenidən ulduzu parlayan Mauro İkardi "Cim-Bom"dan ayrılacaq.
"Unikal" xəbər verir ki, "Roma" klubu argentinalı hücumçunu heyətinə cəlb edəcək. İtaliya mətbuatının yaydığı xəbərə görə, klub Temmi Abrahamı satandan sonra əvəzinə Mauro İkardini transfer edəcək. "Roma"nın İkardiyə PSJ-də qazandığı maaşın yarısını təklif etdiyi və futbolçunun bu təklifi qəbul etdiyi bildirilir.
Qeyd edək ki, PSJ-dən icarə əsasında "Qalatasaray"da çıxış edən İkardi cari mövsüm "sarı-qırmızılar"ın heyətində 16 oyun keçirib, 9 qol və 6 assistə imza atıb.