Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin ilk elektromobili “Togg”u yüksək qiymətləndirdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri “Kanal 24”ə müsahibəsində deyib.

“İlham bəyə maşını göndərdiyimizdən sonra məmnuniyyətini ifadə etdi. O da “çox gözəl avtomobildir" dedi”, - deyə o qeyd edib.

Ərdoğan, qısa zamanda “Togg”un satışına dair 177 min sifarişin daxil olduğunu da vurğulayıb.