İspaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
"Unikal" xəbər verir ki, bu gün sonuncu finalçının adına aydınlıq gəlib.
“Real” səfərdə “Barselona”nın qonağı olub. Bu komandalar arasında Madriddə keçirilmiş ilk oyun Kataloniya təmsilçisinin qələbəsiylə yekunlaşmışdı. Cavab görüşündə isə “Real” 4 cavabsız qolla qalib gələrək finala yüksəlib.
Daha öncə “Osasuna” Bilbao “Atletik”ini iki oyunun nəticəsinə əsasən üstələyərək finala çıxmışdı. Beləliklə, finalda “Real”la “Osasuna” üz-üzə gələcək