Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 aprel Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkə başçısının "Twitter" sosial şəbəkəsində qeyd olunub.
“Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”, - deyə paylaşımda bildirilir.
— İlham Əliyev (@azpresident) April 7, 2023