Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
“Unikal” xəbər verir ki, turun açılış oyununda “Qəbələ” klubu “Zirə”ni qəbul edib.
Qəbələ şəhər stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda “Qəbələ”nin heyətində Roman Maçada və Ruan Renato fərqləniblər. “Zirə”nin qolunu isə Eldar Quliyev vurub.
Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. Otuz səkkiz xalı olan paytaxt klubu isə beşinci sıraya geriləyib.
Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə ertəsi gün keçiriləcək.