Xocəvənd rayonunun Çartar yaşayış məntəqəsində ağacdan asılı vəziyyətdə meyit tapılıb. 

"Unikal"ın məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, bu, 2004-cü il təvəllüdlü, Yemişcan yaşayış məntəqəsində yerləşən erməni silahlı dəstəsinin üzvüdür. 

İntihar edən qanunsuz dəstə üzvünün əyyaşlığa və qumara meyilli olduğu da bildirilir.

Yaxınları bildiriblər ki, külli miqdarda borcu ödəmək məqsədilə müqavilə əsasında qeyri-qanuni erməni silahlı dəstəsinə üzv olan bu şəxs borc sahiblərinin tələblərindən təngə gələrək özünü asıb.

Anar Kəlbiyev