Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib. 

"Unikal" xəbər verir ki, "Sumqayıt" öz meydanında "Neftçi"yə 0:4 hesabı ilə məğlub olub. 

Qolları 7-ci dəqiqədə Voyislav Stankoviç, 64-cü dəqiqədə Sezar Meza Kolli, 83-cü dəqiqədə İsmayıl Zülfüqarlı və 85-ci dəqiqədə Kilan Lebon vurublar.

Bu qələbədən sonra xallarını 60-a çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini möhkəmlədib. 24 xalı olan "Sumqayıt" isə 8-ci yerdə qalıb.