Astanada küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adı veriləcək.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.
İlham Əliyev onu dəvət etdiyinə və atası Heydər Əliyevin xatirəsini ehtiramla yad etdiyinə görə Qazaxıstan prezidentinə minnətdarlığını bildirdi.
"İlk növbədə, məni dəvət etdiyiniz üçün təşəkkürümü bildirirəm. Şadam ki, qardaş ölkə Qazaxıstana gəldim və əməkdaşlığımız davam edir. Bu gün görüşdə də qeyd etdiyiniz kimi, qəbul etdiyimiz qərarlar icra olunur. Ümidvaram ki, rəsmi səfərim zamanı qəbul edilmiş qərarlar gələcəkdə də həyata keçiriləcək. Həmçinin mən öz adımdan Heydər Əliyevi xatırladığınız və Astanada küçələrdən birinə onun adını verdiyiniz üçün Sizə təşəkkür etmək istəyirəm", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Ağarza Elçinoğlu