Bu gün Qazaxıstan dünya birliyinin nəzərində böyük nüfuza malikdir, beynəlxalq məsələlərdə mühüm rol oynayır.
"Unikal" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində səsləndirib.
Qazaxıstanın irəli sürdüyü və reallaşdırdığı təşəbbüslərin sözün geniş mənasında Avrasiya məkanında etimad tədbirlərinin, sülhün möhkəmlənməsinə yönəldiyini bildirən dövlət başçısı deyib ki, biz də dostlar, qardaşlar kimi Qazaxıstanın uğurlarınıza ürəkdən sevinirik.