Bakıda Sumqayıt sakini bıçaqlanıb.

"Unikal" xəbər verir ki, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən daş karxanaları olan ərazidə Sumqayıt şəhər sakini - 1982-ci il təvəllüdlü Behdudov Qadir Zahid oğlunun bir ədəd daxilə nüfuz edən bədən xəsarəti alması barədə məlumat daxil olub.

Behdudov Qadir Zahid oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ PRİ-nin İstintaq şöbəsində araşdırma aparılır.