Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni geosiyasi reallıqları nəzərə alaraq bir daha əmin oluruq ki, ölkəmizin əldə etdiyi uğuru, müvəffəqiyyəti həzm edə bilməyən qüvvələr, onların bağlı olduğu güc mərkəzləri, dairələr ölkəmizə qarşı məkrli planlarını həyata keçirməkdən ötrü dəridən-qabıqdan çıxırlar.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.
Onun sölərinə görə, Azərbaycan güclü liderə, orduya və kifayət qədər dayanıqlı inkişafa malikdir ki, bu çağırışların, təhdidlərin öhdəsindən gəlsin:
"Bununla belə Azərbaycanın müttəfiq olduğu ölkələrlə, həm də təmsil olunduğu beynəlxalq təşkilatlarla inteqrasiyası sahəsində əməkdaşlığı daha da artırmalıdır. Azərbaycan qarşısında olan təhdidlərin öhdəsindən gəlmək üçün türk dövlətləri təşkilatları çərçivəsində tək iqtisadi, humanitar, mədəni məsələləri deyil, eyni zamanda, müdafiə, təhülkəsizlik, hərbi məsələləri də müzakirə etməliyik. Bunu müasir dövrdə üzləşdiyimiz təhdidlər bizdən tələb edir".
Anar Kəlbiyev