"Müxalifət deyiləndə bir sərhəd qoyulmalıdır. Bir qrupa görə, müxalifət belə etdi demək olmaz".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
"Son vaxtlar təəssüf ki, bir çox xarici ölkələrin mövqeləri bəllidir. Bu dövrdə ölkəmizdə milli birliyə çox ehtiyac var. Yenidən cəbhələşməyə yol vermək olmaz”, - deyə deputat bildirib.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, xalqın gözü tərəzidir:
“Xalq yaxşı bilir ki, kim yaxşı müxalifətdir, kim necə müxalifətdir”.
Anar Kəlbiyev