"Bakı və İrəvan nümayəndələri Moskvanın Rusiyada sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundunun keçirilməsi təklifini qəbul ediblər.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Tərəfdaşlar ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi təklifini qəbul etdilər", - deyə Zaxarova qeyd edib.
XİN rəsmisi vurğulayıb ki, dövlətlər arasında sülh müqaviləsinin hazırlanmasında Rusiya tərəfinin Azərbaycan və Ermənistana hər cür köməklik göstərmək səyləri zəifləmir. O əlavə edib ki, hər şey nəhayət razılaşdırıldıqdan sonra konkret tədbirlərin tarixləri açıqlanacaq.
Ağarza Elçinoğlu