Rusiya Futbol İttifaqı (RFU) ikinci divizionda çıxış edən "Essentuki" klubunun bu mövsüm oynamaq üçün verdiyi lisenziyanı ləğv edib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Spartak"ın səhifəsində məlumat dərc edilib. Futbol komandası ölkə çempionatı çərçivəsində "Essentuki" ilə keçirəcəkləri matçın məhz bu səbəbdən ləğv edildiyini bildiriblər.
Qeyd edək ki, sözügedən komanda aprelin 8-də səfərdə Taqanroqun "Forte" klubu ilə oyunda 15:0 hesabı ilə məğlub olmuşdu.
Ağarza Elçinoğlu