Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Unikal" xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Saqi Kərimov 14 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.