"Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün beynəlxalq təminatlar lazımdır".
"Unikal" xəbər verir ki, bunu aprelin 12-də Milli Assambleyada respublikanın xarici işlər naziri Ararat Mirzoyan deputatların suallarını cavablandırarkən deyib.
Onun fikrincə, bütün bu nizamlanma bu və ya digər şəkildə beynəlxalq təminatlara, mübahisələrin həlli üçün konkret fəaliyyət mexanizmlərinə ehtiyac duyacaq.
“Yerdə, mənə elə gəlir ki, beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakı tələb olunacaq" - deyə XİN rəhbəri bildirib.
Beynəlxalq ictimaiyyət üçün, diplomatın qeyd etdiyi kimi, kifayət qədər geniş fəaliyyət spektri mövcuddur. Bu həm nizamlanma prosesinə, həm də gələcəyə aiddir.