Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib ki, Bakı ilə İrəvan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. Onun sözlərinə görə, hər iki tərəf buna razılıq verib. Ancaq Zaxarova danışıqların nə vaxt baş tutacağını açıqlamayıb.
Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, Ermənistanın ardıcıl şəkildə qərbyönümlü addımlar atması Rusiyada narahatlıq yaradır.
Onun sözlərinə görə, Rusiyanın digər narahatlığı Ermənistanın İranla olan münasibətləridir:
"Artıq bu münasibətlər Rusiyanın kontrolunda olmayacaq. İran istəyir ki, orada öz maraqlarına uyğun mühüt formalaşdırsın. Bu isə heç də Rusiyanın məqsədləri ilə üst-üstə düşmür. Bununla yanaşı, Rusiya Ermənistanın siyasi elitasından narazıdır. Hesab edirəm ki, bu görüşün məqsədi Ermənsitana xəbərdarlıq etməkdir. Onlar çox da əsas xətdən uzaqlaşmasınlar. Belə ki, Rusiya onların nəzarəti altında olan Ermənsitanı əldən buraxmaq istəmir. Amma Azərbaycanın öz siyasi xəttinin müəyyənləşməsi və Türkiyə ilə koordinasiya olunması faktdır. Bunu istəyib-istəməməkdən asılı olmayaraq bu xətt davam ediləcək. Amma Rusiya hələ də Ermənistana təsir etmək iqtidarındadır".
Anar Kəlbiyev