Eldar Həsənov səfirlikdən bezib
16:12 15-03-2013
SİYASƏT
Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov tutduğu postdan geri çağırılması üçün prezident İlham Əliyevə müraciət edib. Bu haqda səfir Eldar Həsənovun özü məlumat verib. Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən E.Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah edib.
"Əlbəttə qürur duyuram ki, mən Rumıniyada ulu öndər Heydər Əliyevin sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin olundum. Uzun illərdir orada çalışıram. Təbii ki, bu istiqamətədə əldə etdiyimiz nailiyyətlər Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin uğurlu siyasətin nəticəsidir. Fərq etməz səfir kimdir. Önəmli olan odur ki, xarici siyasət düzgün, Azərbaycanın milli mənafeyinə söykənən siyasət olsun. Bu reallıqdır. Hər şey qöz qabağındadır. Sadəcə məsuliyyətli icradan, xidməti vəzifəsinə vicdanlı yanaşmadan söhbət gedə bilər. Əgər mən və çalışdığım diplomatlar bunu yerinə yetirə bilmişiksə, sevindirici haldır.
Mən cənab prezidentə müraciət etmişəm. Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər 3 ölkədə - Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir. Cənab Prezident nə qərar qəbul etsı, həmin qərar mənim tərəfimdən hörmətlə qarşılanacaq və icrası həyata keçiriləcək”-deyə səfir Modern.az-a açıqlamasında bildirib.
Eldar Həsənov bundan sonrakı fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyi ilə bağlı sualımıza belə cavab verib.
"Hər halda diplomatik fəaliyyətimi davam etdirəcəm. Bu peşə mənim üçün sonradan gəlmə olsa belə, mən diplomatik sahədə özümü daha rahat hiss edirəm. Dövlətimizə, milli maraqlarımıza, prezidentimizin həyata keçirdiyi siyasətə xidmət etməyə çalışıram. Düşünürəm ki, bu istiqamətdə əlimdən gələni edəcəm, üzərimə düşən vəzifə borcumu harada olmasından aslı olmayaraq, həyata keçirməyi özümə bir vətəndaş borcu hesab edirəm. Burda da mən qərar sahibi deyiləm. Sözsüz ki, burada da hər şey dövlətimizdən, cənab prezidentimizin verəcəyi qərardan asılıdır. Hər bir qərara hörmətlə yanaşıram”.
Diplomat daha sonra fəaliyyət göstərdiyi dövrdə Azərbaycanla Rumıniya arasındakı əlaqələrə toxunaraq, qazanılan uğurların birbaşa ölkə prezidentinin apardığı siyasətlə bağlı olduğunu dilə gətirib.
"Rumıniya-Azərbaycan münasibətlərinin çox böyük tarixi var. Bu, 1470-ci ildə Böyük Stepan Çermalinlə Ağqoyunlular dövlətinin başçısı Uzun Həsən arasında imzalanan sazişindən başlayır. O sazişi müsəlman dünyasında Rumıniya ilk dəfə Azərbaycanla imzalayıb. Sonrakı etap başlayır Heydər Əliyevin uğurlu siyasətindən. Sonrakı dövr 3 etapdan ibarətdir. Hakimiyyətlər dəyişilsə də, Rumıniya Azərbaycana qarşı xarici siyasətdə heç bir dəyişikliyə yol verməyib. Əksinə bu münasibətlər yüksələn xətlə dinamik şəkildə davam edir. Bunların nəticərləri göz önündədir. Qazanılan uğurlar bütün sahələrdə var. Ruminiya Azərbaycanın Avropada etibarlı dostudur. Rumıniya Azərbaycana dəstək verir. Bu da Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin xarici siyasətinin uğurudur. Bir daha təkrar edirəm ki, məhz bu siyasətin uğurudur ki, 2001-ci ildə sıfırdan başlanan münasibətlər bu gün strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bütün sahələrdə də dinamik şəkildə inkişaf edir”.
Qey edək ki, Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənov 2001-ci ilin 28 mart tarixindən etibarən Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri işləyir. Hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviridir.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53