"Kızılcık şerbeti" serialının heyətində dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, ekran işində aktyor Yiğit Dikmen rol alacaq. O, 24-cü bölümdən etibarən layihədə "Serdar" obrazına həyat verəcək.
Qeyd edək ki, "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"də yayımlanan serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə edib. Telekanal qərarla bağlı məhkəməyə müraciət edib.