"Teatrlar brendləşməlidir. Azərbaycanda heç bir teatr brend deyil. Brend olmaq məşhur, peşəkar olmaq demək deyil".
"Unikal" xəbər verir ki, bunu "ƏSA" Teatrının qurucusu və rəhbəri Nihad Qulamzadə Teatr Forumundakı çıxışı zamanı deyib.
Onun bu sözlərindən sonra Xalq artisti Nurəddin Mehdixanlı yerindən müdaxilə edib.
"Düz demirsən,cavan oğlan. Azərbaycanda brend tetarlar var" , - deyə, aktyor söyləyib.
Həmin görüntüləri instaqram səhifəsində yayımlayan N.Qulamzadə çıxışının yarımçıq saxlanıldığını bildirib:
"Doğrudur, çıxışımı sonlandırmağıma şərait yaradılmasa da, açığı mən bu forumdan razı qaldım. Ümid edirəm və inanıram ki, səsləndirdiyim fikirlər, ideyalar teatr sahəsində icra olunacaq, öz faydalılığını təsdiqləyəcək. Çıxışımın digər hissələrini də bölüşəcəyəm. Çıxışım bu müdaxilə ilə yekunlaşmadı. 10 saniyə sonra düz dediyim məlum oldu. Təəssüf ki, video çəkilişi müdaxilə anında dayandırılıb".