"Bu gün televiziya kanallarında əyləndirmə mexanizmləri var, amma klassikanın ictimailləşməsi, klassikanın bizim milli dəyərimizə çevrilməsi baxımından müəyyən boşluqlar var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Nizami Cəfərov deyib.
“Hesab edirəm ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər sırasında yer alan AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli bu sahəyə öz töhfəsini vermiş olacaq”, - deyə deputat bildirib.
Anar Kəlbiyev