"Lotular", "Utanırsanmı" meyxanalarının ifaçısı Elşən Binəqədili küçədə yaşayır.
"Unikal" xəbər verir ki, meyxanaçının görüntülərinin "Baku TV" yayıb.
Bildirilir ki, Elşən Binəqədilinin evi yoxdur və küçədə dəmir durbaların üstündə yatır:
"Bir neçə il ömrümü zindanda keçirmişəm. İndi də yaradıram. Ailə vəziyyətim dəyişəndən sonra halım dəyişdi. İçki düşkünü oldum. İçki və siqaretdən başqa heç nə etməmişəm. Bir qız övladım var. 17 il həbsdə yatmışam. Bir səhvin ucbatından... 3 ildir ki, ailəmdən ayrılmışam və küçələrdə qalmışam. Dəmir, plasmas yığıb satıram və çörəkpulu qazanıram".