"Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər".
"Unikal" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərin inkişafı və buraya köçəcək insanların təhlükəsizliyi ən vacib məsələlərdəndir.
R.Rzayev bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün bütün zəruri işlər görülür.
"Hazırda bizim ən böyük problemimiz minalardır. İnanırıq ki, tez bir zamanda bunun da öhdəsindən birlikdə gələ biləcəyik", - Dövlət Komitəsinin sədri vurğulayıb.