Sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
"Unikal" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız əvvəlcə italiyalı Canluka Talamonu, daha sonra isə almaniyalı Kristofer Henkeli məğlub edib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.