"Ali məktəblər üçün MİQ-ə (Müəllimlərin İşə Qəbulu) bənzər model tətbiq etmək düzgün deyil".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bazar ertəsi jurnalistlərə açıqlamasında deyib.
"Elə sahələr var ki, orada yalnız bir mütəxəssis var. Siz həmin şəxsi MİQ-ə bənzər imtahanla necə işə götürə bilərsiniz? Bəzən fikirlər söylənilir, sadəcə onun arxasında dayanan proseslər nəzərə alınmır",- deyə nazir əlavə edib.