Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüş zamanı Ermənistanda saxlanılan iki hərbçimizin məsələsini müzakirə edib.
"Unikal" xəbər verir ki, nazir Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib.