"Real" futbolçusu Toni Kroos ilə yeni müqavilə imzalayacaq.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "Tvitter"də məlumat verib. Yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ildən "Kral klubu"nda çıxış edən 33 yaşlı yarımmüdafiəçi cari mövsüm 40 oyuna çıxıb, 2 qol və 5 assistlə yaddaqa qalıb.