SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Bərdə sakinlərinin ixtiyarına verilib.

"Unikal" xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb. Mikrofon önünə çıxan 2 sakin qapı keçidinin quraşdırılmasını xahiş edib. Bundan başqa qaz xəttinin yerinin dəyişdirilməsi və işə qəbulla bağlı müraciətlər də ünvanlanıb. “Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.