Bakı Prokurorluğu
Xədicə İsmayılova ilə bağlı məlumat yaydı
"Adil İsmayılov ictimaiyyət arasında cinayət işinin istintaqı ilə
bağlı mənfi rəy yaratmağa çalışır"
Bakı Şəhər Prokurorluğu jurnalist Xədicə İsmayılovanın istintaqın gedişindən narazı olması ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda deyilir ki, son günlər "Azadlıq Radiosu"nun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova və onun nümayəndəsi, vəkil Adil İsmayılov müxtəlif kütləvi informasiya vasitələrində çıxışlar edərək onun şəxsi həyatının toxunulmazlığının pozulması barədə ərizəsi əsasında Bakı şəhər prokurorluğunda istintaq olunan cinayət işinin istintaqının gedişatından narazı olmaları, işin istintaqını aparan müstəntiqlə görüşə bilməmələri, istintaqın tam, hərtərəfli aparılmaması, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi barədə əsassız və həqiqəti əks etdirməyən bəyanatlar verməklə ictimaiyyət arasında cinayət işinin istintaqı ilə bağlı mənfi rəy yaratmağa çalışırlar. "Göstərilənlərlə əlaqədar bir daha bildiririk ki, Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar şikayəti əsasında 15 mart 2012-ci il tarixdə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.
İstintaq zamanı nümayəndəsinin iştirakı ilə Xədicə İsmayılovanın ifadəsi alınıb, onun vəsatəti təmin olunaraq dindirilməsini xahiş etdiyi şəxslər və eləcə də digər şahidlər dindirilib, Xədicə İsmayılova və nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxışlar keçirilərək iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, məhkəmə-trasoloji ekspertizası təyin olunub, müxtəlif orqanlara sorğular göndərilib, tapşırıqlar verilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib".
Prokurorluq bildirir ki, cinayət işi üzrə Xədicə İsmayılovanın iştirakı ilə aparılmış bütün istintaq hərəkətləri zamanı onun nümayəndəsi Adil İsmayılova əvvəlcədən məlumat verilməklə iştirakı təmin edilib. "Cinayət işi başlandığı müddətdən hazırkı vaxtadək Xədicə İsmayılova və onun nümayəndəsi bir neçə dəfə Bakı Şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul olunaraq dinlənilib, həmçinin istintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə konkret tapşırıqlar verilib".
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Digər Xəbərlər
2025-03-04 00:03:51

2025-03-03 21:27:16

2025-03-03 20:47:58

2025-03-03 20:21:38

2025-03-03 19:35:19

2025-03-03 19:31:55

2025-03-03 18:52:30

2025-03-03 18:38:58

2025-03-03 18:26:32

2025-03-03 18:16:00

2025-03-03 18:10:41

2025-03-03 18:08:27

2025-03-03 17:53:52

2025-03-03 17:50:31

2025-03-03 17:34:09

2025-03-03 17:30:38

2025-03-03 17:21:00

2025-03-03 16:42:00
.jpg)