Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunda növbəti iftar süfrəsi təşkil olunub.
"Unikal" xəbər verir ki, rayonun Zirə qəsəbəsində keçirilən iftar süfrəsində şəhid ailələrinin və aztəminatlı ailələrin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə “Qurani-Kərim”dən ayələr və Ramazan duaları oxunub, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
Məclis iştirakçıları Azərbaycanın bugünkü sabitlik və iqtisadi inkişaf yolunda yorulmadan çalışan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse- Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.