Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə də toxunub.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verildiyini də bildirib.
Prezident İlham Əliyev deyib: “İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir”.