Türkiyə özünün uzun mənzilli və yüksək sürətli ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemlərini 6 ildən sonra istehsal etməyə başlaya bilər.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Haber Türk” kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda bu vəzifələrin icrası Rusiyadan alınan “S-400”lərlə həyata keçirilə bilər.