Bir çox musiqiçilərə ilham verən dünya şöhrətli amerikalı caz pianoçusu Əhməd Camal 92 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, “New York Times” qəzetinə danışan qızı Sumayah Camal atasının prostat xərçəngindən öldüyünü açıqlayıb.
1958-ci ildə ən çox satılan instrumental alboma layiq görülən "At the Pershing: But Nor for Me" albomu ilə məşhurlaşan musiqiçi İslam dinini qəbul etmişdi.