Yaxın günlərdə Moldovada akkreditə olunmuş rusiyalı diplomatlardan biri ölkədən çıxarılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Moldova hökumətinin rəsmi nümayəndəsi Daniel Vode bildirib.
Məlumata görə, daha iki diplomat Kişinyov Beynəlxalq Hava Limanının xüsusi mühafizə olunan ərazisinə daxil olmaq hüququ verən etimadnamələrindən məhrum ediləcək.
Onun sözlərinə görə, Moldova hökumətinin qərarını çatdırmaq üçün Rusiya səfiri Oleq Vasnetsov bu gün ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
***13:23
Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.
Qeyd olunub ki, Rusiya səfiri Tatarıstan rəhbəri Rüstəm Minnixanovla bağlı vəziyyətə görə çağırılacaq.