Baş rollarını Timuçin Esenlə Şevket Çoruhun canlandırdığı "Tetikçinin oğlu" serialının çəkiliş meydançasında gərginlik yaranıb.
"Unikal" xəbər verir ki, ikilinin bir-biri ilə yola getmədiyi ortaya çıxıb. Buna səbəb Timuçinin ssenaridən tutmuş çəkiliş məkanlarına qədər müdaxilə etməsidir. Hətta serialın Bodrumda lentə alınması da məhz onun istəyi ilə baş tutub ki, bu da Şevketin narazılığı ilə qarşılanıb.
Timuçinin ekran işinin rejissoru ilə anlaşa bilmədiyi və dəyişməsini təklif etdiyi iddia olunub.